Pivə qapaqları ən asan üsulla necə açılır?

Paylaş

2007-ci ildən bəri hər il avqustun 5-i Pivə günü kimi qeyd edilir. Pivəni isə sevməyən kişi demək olar ki, yoxdur. İçki sevərlər arasında pivə nə qədər məşhur olsa da, qapaq açan olmayanda pivə qapağının açılması bir o qədər qəlizdir.

Biz də Kişi Magazine olaraq “Kişi bilməlidir” rubrikasında  qapaq açan olmayanda pivə şüşəsini ən asan üsullarla açmağın yollarını təqdim edirik:

  1. Sərt kənarlı  küncə pivə qapağını qoyub qapağın üstünə vurmaq.
  2. Açarınızla pivə qapağını altdan çevirərək yavaşca aça bilərsiniz.
  3. Əgər əlinizdə açılmamış başqa pivə də varsa onu tərs çevirib iki pivə qapağını bir-birinə taxıb ən azından birini aça bilərsiniz.
  4. Cibinizdən çıxardığınız kağız pulunuzu  qatlayaraq sərt cismə çevirin. Daha sonra qapağın dilikli tərəfindən pivə qapağını dartın.
  5. Dəmir qulplu bir siyirtməə varsa arasına sıxışdırıb pivə qapağını aça bilərsiniz.
  6. Ən çox istifadə olunan qapaq açmaq üsulu  isə alışqanın alt və sərt hissəsini pivə qapağının dilikli qisiminə taxaraq açmaqdır.