Paylaş

Lionel Messi “Sporting”lə matçda 300-cü La Liqa qolunu vurmaqla özünə məxsus rekordu yeniləyib. Bu göstərici “Barcelona” azarkeşi olan Venesuela prezidenti Nikolas Maduronun da diqqətindən kənarda qalmayıb. Maduro Messini təbrik etmək üçün devalvasiya və benzin qiymətinin artması mövzusunda nitqini kəsib. “Yaşasın, Messi. Yaşasın, Kataloniya!” – prezident deyib. Daha sonra Maduro nazirlərdən “Real” və ya “Barcelona” azarkeşi olduqlarını soruşub.

Ötən il də Venesuela prezidenti buna bənzər hərəkəti ilə yadda qalıb. O, parlamentdə çıxış edərkən Messi və Suarezə şüarlar səsləndirib.

Goal.az