Paylaş

Hər birimizin müxtəlif problemləri var. Problemləri həll etmək və qərar vermək elə də çətin deyil. Önəmli olan problemin səbəblərini tapmaqdır.

Hər problemin cavabı onun içində gizlidir. Əslində problemlərin çoxunun cavabını bilirik. Sadəcə onları ya görməzdən gəlirik, ya da məsləhət aldığımız insanları düzgün seçmirik. Problemi həll etmək üçün  uzun  vaxta ehtiyyac yoxdur. Problemin təməli onun həll olunma səbəbidir.

Əvvə problemi tam dərk etməyə çalışın. Əgər içinizdə narahatlıq hiss edir, heç bir məşğuliyyət ilə məşğul olmaq istəmirsinizsə deməli, özünüz və ya ətrafınızddakılarla bağlı probleminiz var.

Buna görə birinci problemin səbəbini qavramaq lazımdır. Problemləri  sürətli həll etməyin vacib üsulu özünüzlə üzləşməkdir. Özünüzə “problem nədir?” sualını verin. Cavabı tapdıqda isə bunun üstünə gedin.  Əsas olan problemi həll etmək üçün addım atmaqdır. İlk addımı atdıqdan sonra qısa müddətdə nəticə əldə edəcəksiniz.

Ətrafınızdakı insanlarla bağlı problemləriniz varsa, bu problemləri həll etmək üçün onlarla ünsiyyət qurmalısınız. Hər insan ünsiyyət qurmağa açıq olmur. Bəzi insanlarla ünsiyyət qurmaq nə qədər asandırsa, bəziləri ilə də bir o qədər çətindir.

Problemlərdən xilas olmaq üçün ətrafımızı və ya iş yerimizi dəyişə bilmədiyimiz üçün onları həll etmək, onlarla üzləşmək vacibdir. Buna görə də edilməli olan ilk şey problemin kimdən və ya nədən qaynaqlandığını  tapmaqdır. Bəzi problemləri insanlar gözündə böyüdür və daima ağıllarını bu məsələ ilə məşğul edir. Bu ən həssas nöqtədir. Çünki bunun səbəbi insanın özünü tam şəkildə tanımamasıdır.

Unutmayın, hər problemin həlli mümkündür. Əsas olan düzgün seçim yolunu tapmaqdır.