Paylaş

“Ailədə ata və ana faktoru vacib amildir. Əks halda, uşaqlar özünə inamsız, özünə qapalı olur, cəmiyyətdə özünü tapa bilmir.”

Bu sözləri  uşaq psixoloqu Narınc Rüstəmova deyib. Psixoloq bildirib ki, ailədə olan problemlər tez həll olunsa, sonu ailənin dağılması ilə nəticələnməz:

“Natamam ailələr ən çox uşaq psixikasına təsir edən amillərdəndir. Ailələr dağılan zaman uşağın qəyyumluğu 12 yaşına qədər anada olur.  Bu zaman uşaq ata tərəfdən sıxıntı çəkir, onu gec-gec görür. Tərəflər öz aralarında olan problemi uşaq üzərində həll etməyə çalışırlar. Ata uşaqla görüşməyə gəlmir, bununla da keçmiş həyat yoldaşını cəzalandırdığını düşünür. Bu hallarda uşaqlarda emosional inkişaf zəif gedir, özünə inamsız olur. Bəziləri məktəbdə, başqa yerdə ataları haqqında yalan informasiyalar veririlər. Atalarının olmadığını demirlər, onun başqa yerdə olduğunu bəhanələr gətirirlər. Bu da, uşaqda böyük travma yaradır.  Onlarda  cəmiyyətə qarşı əsəb yaranır, inanları cəzalandırmağa çalışırlar. Şüuralı problemləri olur və yaşıdları ilə ünsiyyətdə problem yaranır.

Buna görə də, ailədə baş verən problemləri kiçik olarkən həll etək lazımdır. İndiki boşanmalara baxsaq, onların səbəbi elə də böyük deyil, hamısı xırda- xırda yığılmış qalıqlardır. Bu da, nəticədə belə problemlərə gətirib çıxarır. Problemləri tez həll etdikdə, boşanma ilə nəticələnmir.  Bəzən cütlüklər poblemin həllində üçüncü şəxsin köməyinə ehtiyyac dururlar, bu da təbii ki, münasibətləri gərginləşdirir. Buna görə də, evlilik öncəsi müayinələr vacibdir. İnsan əvvəlcə öz şəxsi inkişafından əmin olmalıdır, daha sonra uşaq tərbiyyə etməlidir.”

GSR.fm