Paylaş

ABŞ-ın “NowSecure” şirkətinin hesabatına əsasən, mobil proqramların təqribən 11 % – i istifadəçilərin məlumatlarını kənar şirkətlərə göndərir. Biznes proqramları əksər hallarda müştərilərin etibarından sui-istifadə edir. Belə ki, bu tip proqramlar digər mobil proqramlarla müqayisədə fərdi məlumatları 3 dəfə daha çox açıqlayır.

Hesabata əsasən, mobil proqramların 24 %- dən çoxu ən azı bir təhlükəli boşluğa malikdir. Bu göstərici üzrə lider mobil oyunlardır.
Məsələ barədə, texnologiya mütəxəssisi Şaiq Muradovun fikirlərini öyrəndik. O qeyd etdi ki, tətbiqetmə proqramlarını mobil telefona yükləməzdən əvvəl onun hansı şirkətə məxsus olduğunu araşdırmaq lazımdır:

“Hansısa proqaramı telefona yüklədikdə, hansı şirkətə məxsus olduğunu, etibarlı olub-olmadığını yoxlamaq lazımıdır. Məsələn, hər kəsin telefonunda “Facebook”, “Whats app” tətbiqetməsi var. Bunların hansı şirkətə məxsus olduğunu bilirik. Bəzən telefonların yaddaşını təmizləmək, işləmə sürətini artırmaq üçün, qarşımıza hansı proqram çıxırsa onu yükləmək istəyirik. Bunlardan qaçmaq lazımdır. Telefonu təmizləmək, işləmə sürətini artırmaq üçün telefondakı şəkilləri, lazımsız proqramları silmək kifayətdir, nəinki belə tətbiqetmələr yükləmək. Hər bir oyun, hər bir proqram müəyyən şirkətə məxsusdur. İstifadəçilərin etməli olduğu ən vacib şey odur ki, hansısa proqramı yükləməzdən əvvəl onun hansı şirkətə məxsus olduğunu yoxlamaqdır. Bu zaman məlumat sızdırılması və digər problemlərdən də, qorunmaq olar. Məsələn, “Angry birds” oyununun sahibi “Rodio” şirkətidir. Biz oyunu da, şirkəti də yaxşı tanıyırıq. Araşdırma etdikdə şirkətin harada yerləşdiyi, nə işlə məşğul olduğu aydın görünür. Əks halda, tanımadığımız proqramlar vasitəsilə öz məlumatlarımızı ötürmüş oluruq. Oyun oynamaq istədikdə isə, planşetlər və digər qurğular vasitəsilə istədiyimiz oyunu oynaya bilərik. Bu zaman hansısa məlumaın ötürülməsi bizim üçün qorxulu olmaya bilər.”

GSR.fm