Paylaş

Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev 2015-ci ildə qadın sürücülər tərəfindən törədilən qəzaların sayını açıqlayıb.

“2015-ci ildə qadın sürücülər tərəfindən 56 yol-nəqliyyat hadisəsi törədilib. 13 nəfər dünyasını dəyişib, 56 nəfər yaralanıb.
Bu qəzalardan 31-i Bakıda qeydə alınıb. Nəticədə 3 nəfər ölüb, 32 nəfər yaralanıb.
2015-ci ildə ümumi 2220 yol-nəqliyyat hadisəsi baş verib. 894 nəfər dünyasını dəyişib, 2265 nəfər isə yaralanıb”.

GSR.fm