Paylaş

Azərbaycanda qadın sürücülərinin sayı açıqlanıb.

Kishi.az GSR.fm-ə istinadən xəbər verir ki, Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin verdiyi məlumata görə, qadın sürücülərinin sayında artım müşahidə olunur.

“Kişi sürücülərin sayını demək çətindir. Bizdə olan məlumata görə, təxmini milyon yarımdan çoxdur. Avtomobil sayına görə bu rəqəmi deyirik. Çünki elə adam var sürücülük vəsiqəsini 3-4 dəfə dəyişib. Qadın sürücülərin sayı isə kişi sürücülərin sayına nisbətən çox azdır. Ancaq son illərdə onların sayında da artım var. Təxmini 50.000 qadın sürücü var. Bu sürücülük vəsiqəsi olan xanımlardır. Daimi sükan arxasında 42-43 min xanım var. Qadınların əksəriyyəti “B” kateqoriyasına sahib olurlar. Çox nadir hallarda başqa kateqoriya olur”.