Paylaş

25 noyabr Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günüdür. Bu barədə “Təmiz Dünya” qadınlara yardım ictimai birliyinin sədri Mehriban Zeynalova müsahibə verib. O, deyib ki, qadınlar istənilən şəraitdə zorakılığa məruz qala bilərlər:

“Buna iqtisadi zorakılıq, fiziki zorakılıq, psixoloji zorakılıq, cinsi zorakılıq aid ola bilər. Bu zorakılığın təməl yaratma səbəbləridir. Bir çox hallarda erkən nikahlar bu zorakılığın əsası hesab olunur. Seleksiv abortlar da, həmçinin, zorakılığın bir qismi kimi tanınır. Eləcə də qanunsuz nikahlar çərçivəsində zorakılıqlar baş verə bilir.

İntiharların da hamısı zorakılıq qismində qəbul edilə bilməz. Ola bilsin ki, bu intiharın səbəbi ailədə baş verən zorakılıqdır. Buraya evdəki münasibətlər, zorlama və yaxud da mütəmadi fiziki zorakılıq, ailə tərəfindən qəbul edilməmə, dəstək almama aid ola bilər”.

Mehriban Zeynalova həmçinin, Azərbaycan Hökumətinin 2010-cu ildən məişət zorakılığı haqqında qanun qəbul etməsi barədə də danşıb. Bildirib ki, bu qanun hər il demək olar ki, müəyyən elemetlərlə təkmilləşir:

“Lakin kifayət qədər effektiv olmayan məqamlar var. Bu da zorakılığın qarşısının alınmasına maneçilik törədir. Hazırda 30-a yaxın hökumət təşkilatı müraciət imzalayıb. Bu gün o təqdim olunacaq. Bu Azərbaycanın Avropa Şurasının məişət zorakılığının qarşısının alınması haqqında konvensiyasına qoşulmasına dair müraciətdir. Həmin konvensiyada kifayət qədər mexanizmlər var ki, bu zoraklığın qarşısını almaq üçün tədbirlər həyata keçirsin. Burada sosial işçlərin işləməsi, sığınacaqların, o cümlədən mərkəzlərin yaradılması təcavüzkarların psixoloji reabilitasiya və digər çox sayda tədbirlər proqramı var. Biz qeyri-hökumət təşkilatlarnın nümayəndələri bu müraciəti ünvanlamışıq və ümidvarıq ki, bu konvensiyaya qoşulduqda həmin tədbirlərin həyata keçirilməsi məişət zorakılığının qarşısını almağa kömək edəcək”.