Paylaş

Qadınlar kişilər haqqında danışarkən çox vaxt şablon sözlərdən istifadə edərək “daxili gözəl olmalıdır” deyirlər. Amma həqiqətən də həyat yoldaşı seçmək üçün xarakter çox önəmlidir. Bəzən zahiri görünüş bizi aldada bilər. Qadınlar üçün ideal kişi sadiq, yaraşıqlı, sabiq xarakterli, ağıllı, yaxşı statusa malik olan kişilərdir. Təbii ki, bunların hamısı bir insanda cəm ola bilməz.

Qadınların kişilərdə görmək istədiyi  əsas xüsusiyyətlər haqqında Psixologiya və Nitq İnkişaf Mərkəzinin rəhbəri psixoloq Vəfa  Rəşidovanın fikirlərini Kişi Magazine təqdim edir:

  • Qadın qarşılıqlı sevgi istəyir. Əlbəttə ki, ən əsası böyük təmiz sevgi istəyir. Qadın sevib sevilmək və hiss etmək istəyir ki, onun qayğısını çəkən insan var.
  • Qadın ailə istəyir. Əlbəttə ki, qadın bütöv ailə istəyir, uşaq, onu sevən həyat yoldaşı – sözün əsl mənasında möhkəm ailə.
  • Qadın özünü və ailəsini sağlam görmək istəyir. Belə bir deyim var. Can sağlığı olmadan insan xoşbəxt ola bilməz. Bunu boşuna deməyiblər.
  • Qadın firavanlıqda yaşamaq istəyir. Hər bir qadının öz həyatında görmək istədiyi məhz budur.
  • Qadın cazibədar olmaq istəyir. Zahirən cazibədar görünmək istəyir. Çünki qadınlar hər zaman təravətli və gözəl görünməyə can atırlar.
  • Qadın həyatda özünü təsdiq etmək istəyir. Demək olar ki, qadınlar hər zaman özlərini təsdiq etməyə çalışırlar. Biz sevdiyimiz işi istəyirik və məqsədə çatmaq üçün çalışmalıyıq.
  • Qadın müstəqil olmaq istəyir. Yəqin ki, son illər qadınların idarəetmə, siyasət, biznes sahəsində uğurlar qazandıqlarını gözdən qaçırmamısınız. Çox qadınlar müstəqil olmağı sevir.
  • Qadın sabahkı gününə görə inamlı olmağı istəyir. Kim istəməz ki, sabahından arxayın olsun?! Sabahına güvənən qadın öz gücünü qoruyub sağlamlığının qədrini bilir və bütün gücünü gələcək məqsədlərinə sərf edir.
  • Qadın hədiyyə, çiçək, kompliment eşitmək, zərif, romantik olmaq istəyir. Gül dəstəsi və diqqət qadını həyata daha da bağlı və sevgi dolu edir.
  • Qadına güclü kişi lazımdır. Çünki qadın gücü, güvəni kişidən almaq istəyir.