Paylaş

Belə bir deyim var : “Kişilər gözləri, qadınlar isə qulağı ilə sevir”. Buna görə də xanımlara həmişə xoş sözlər demək lazımdır. Görəsən, qadınlara nəyi demək olmaz? Bu haqda məşhurlar nə düşünür?

Murad Arif: Məncə qadına  istənilən cümləni demək olmaz. Əgər səni tanıyan biridirsə, münasibətləriniz səmimidirsə, hər bir şey haqqında danışa bilərsiz. Amma təbii ki, qadına acı, qəlb sındıran sözlər demək olmaz. Xüsusilə, bu  sənin sevdiyin qadındırsa, heç olmaz. Hər bir insanın öz kompleksləri var, xüsusilə də xanımların. Əgər hansısa bir mövzuda sevdiyin xanımın kompleksinin olduğunu hiss edirsənsə, ona qarşı kompleks yaradacaq  ifadələr işlətmək olmaz.

Flora Kərimova: Dəqiq bir cavab deyə bilməyəcəm. Çünki burda konkret hansısa cavab vermək mümknün deyil. Bu qadının böyüdüyü mühitdən və ailə tərbiyəsindən asılı olaraq dəyişir.

Əbdül Xalid: Qadınlara sirri demək olmaz.

Xuraman Şuşalı: Təhqiredici sözləri demək olmaz. Qadına bu sözləri demək heç bir kişiyə yaraşmaz.

Maestro Ceyhun: Qadına həqiqəti demək olmaz.

Gülyanaq Məmmədova: Üzünə vuranda ki, nə yaman yaşlanımısan, qocalımısan bu qadınların xoşuna gəlmir. Çünki qadınlar həmişə gözəl, tərifli sözlər eşitməyi sevirlər. Qadından yaşını soruşmazlar. Qadınların əksəriyyətindən yaşını soruşanda xoşuna gəlmir. Qadın qadından soruşanda da yaşını demək istəmir.

Cəlil Cavanşir: Məncə, sən çox kökəlimisən sözünü demək olmaz. Çünki qadınların bütün həyatı arıqlamaq uğrunda mübarizə ilə keçir. Ona görə də qadına kökəlmisən demək onu incidə bilər. Bunun üçün kişilər belə cümlələrdən istifadə etməsələr, gözəl olar.

Samirə Allahverdiyeva:Qadın incə məxluqdur. Ona görə də onun qəlbini incidə biləcək sözlər demək olmaz. Ona demək olmaz ki,  yaxşı görsənmirsən, səni sevmirəm, yeməyi yaxşı bişirmirsən. Bu kimi ifadələri demək olmaz.

Elşad Xose: Xanıma ağır söz demək olmaz. Onların qəlbini qıracaq kobud ifadələr, təhqirlər işlətmək olmaz.

Günay İbrahimli: Mənə elə gəlir ki, xanıma “Bu saç sənə yaraşmır” sözünü demək olmaz.