Paylaş

“Ən yaxşı ənənələr böyüyə, qadına hörmətdir”

“Təmiz Dünya” Qadınlara Yardım İctimayi Birliyinin sədri Mehriban Zeynalova GSR.fm–ə müsahibəsində gənc qızlar arasında intiharın kökündə duran məsələlər haqda danışıb:

“Ailə münasibətlərində qadına hörmətin alçaldılması daha çox aşkar olunur, nəinki, onun bərabər hüquqlarının tanınması. Bu məsələlər ciddi məsələlərdir. Qızların intiharlarının müxtəlif səbəbləri ola bilər. Ailə münasibətlərinin köhnə qayda ilə idarə edilməsini qızların intiharına səbəb kimi götürə bilərik. Qızın evdə hər hansı bir məsələni dəqiq ifadə edə bilməməsi, onun ittiham olunması və kişinin yox, qadının günahkar olması həmin intiharların kökündə duran məsələlərdəndir”.