Paylaş

“Qadınla kişinin xəyanəti çox fərqlidir. Düzdür, daha çox kişinin xəyanəti qabardılır. Amma mən belə düşünürəm ki, günümüzdə daha çox artıq qadınlar xəyanət etməyə başlayıb”

Bu sözləri psixoloq Səbinə Ələkbərova Kishi.az saytına müsahibəsində deyib. O bilidirib ki, qadının xəyanəti daha təhlükəlidir:

“Çünki qadınlar kişilərə nisbətən daha emosionaldırlar. Çox az hallarda bir kişininin mövcud ailəsini dağıdıb, əlaqəsi olduğu başqa bir qadınla evlənmək istədiyini eşidə bilərik. Amma qadının başqa biri ilə əlaqəsi varsa, demək orada sevgi var. Xəyanət kişi üçün daha qəbulolunmazdır. Kişi bir səhv edirsə, qadın hər gün yeni səhvini axtarmağa çalışır. Amma kişi sadəcə bir dəfə şübhələnir, onun arxasına düşür və tapır. Qadın aylarla şübhələnir, demədiyi sözlər qalmır, sonra baxırsan ki, 2-3 gündən sonra barışıb. Kişinin barışması isə istisna hallarda olur. Kişilərin xəyanəti tamam fərqlidir. Fürsət varsa, kişilər onu həmişə dəyərləndirirlər. Kişilər özlərində səhv görmür, qadın deyinənə kimi hər şeyi normal hesab edirlər. Qadının hər zaman istədiyi diqqətdir. Bu, həm də, qadının evlənmədən öncəki gözləntilərindən asılıdır. Kişi ailə həyatı quranda “mən nə etsəm də, o mənin arxamda dayanmalıdır” deyirsə, sonra yoldaşı xırda bir şeyləri problem etməyə başlayırsa, yoldaşı həmin qayğını kənarda axtarmağa çalışacaq. Bu, onlara normal gəldikdə, hər iki tərəf də xəyanəti görməzdən gələ bilərlər”.