Paylaş

Qısqanclıq təbii hissdimi? Qadınlar bir-birilərində ən çox nəyi qısqanır? Qısqanclıq insan özündə nəyi yoxdursa, digərində onu görən zaman yarana bilərmi? Məsələn, həmin insanın zəkası, hansısa uğuru, gözəlliyi…

Hər şeyin həddindən artıq olması zərərlidir. Bəs həddindən artıq qısqanclıq necə, insanın özünə zərər verməsinə səbəbdirmi? Bəs bu duyğunun həddindən artıq olub-olmadığını kişilər necə anlayar?

Qısqanclıq duyğusu müəyyən bir səviyyədə normal qəbul edilə bilər. Lakin hər şey normasında olsa, daha yaxşı olar. Bu duyğu mütəmadi olaraq yaşanırsa, adamın özünə və əlaqədə olduğu şəxslərə zərər verir. Qısqanclıq əksər halarda başqa duyğularla da əvəzlənir. Həddindən artıq qısqanclıq inamsızlıqdan irəli gəlir. Bu ölçüdə olan qısqanclıq insanı içindən gəmirir və qısqandığı kəslərə qarşı dağıdıcı güc olaraq əks etdirir. Özünü idarədən çıxaran qısqanclıq insanın qısqandığı adama qarşı düşmən kimi rəftarına gətirib çıxarır. Bir də qadınların başqa bir qadını qısqanmaq anlayışı var. Ümumiyyətlə hər zaman qadınların həmcinslərini gözü götürmədiyi və onları qısqandığı düşünülür. Bu duyğu hər insanın yaşaya biləcəyi və təbii sayıla biləcək bir duyğudur. Qadınlara xas bir duyğu olduğunu desək, səhv bir ümumiləşdirmə olar. Maraqlıdır, ümumiyyətlə qadınlar həmcinslərində ən çox nəyi qısqanar? Yenə də mövzuya ümumiləşdirməklə baxmağın səhv olacağını söyləmək məcburiyyətindəyəm. Ümumiyyətlə bu duyğunun təməlində özünə etibarsızlıq və çatışmazlıq durur. Bir insan qadın və ya kişi özündə nəyi yoxdursa, əks tərəfdə onu görərsə, qıqanclıq duyğusu hərəkətə keçir. Bu qarşındakının zəkası, gözəlliyi, zənginliyi və ya sahib olduğu başqa şeylər də ola bilər. Bir çox qadınlar, kişilərin daha yaxşı dost olduğunu və ətrafında qadın rəfiqələrindən çox kişi dostlarının olduğunu söyləyir. “Qadın qadının qurdudur” deyərlər. Bəzən ən yaxşı iki qadın rəfiqənin belə bir-birlərini qısqandığını görə bilərik. Yaxşı, bəs qısqanclığın dəf etmə yolları var mı? Bu pis duyğu ilə mübarizə aparmaq üçün insanlar nə etməlidir? Qısqanclıq duyğusunun pəncəsinə düşməmək üçün insan özünü başqaları ilə müqayisə etmək yerinə öz fərdi inkişafını artırmalıdır. Hər bir insan özünü qiymətləndirməlidir. Mükəmməl olmağa çalışmamamlıdır. Onsuz da heç kim mükəmməl deyil. Hədsiz dərəcədə qısqandığın insan belə. Bu duyğunun əsirisinizsə, onun əsarətindən çıxın, özünüzü necə varsınız, elə də qəbul edin. Bəlkə də ideal saydığın insandan müsbət keyfiyyələrinizlə daha çox öndəsiniz. Əminəm ki, öndəsiniz. İdeal insan yoxdu. İdeal olmağa çalışmaqdansa təbii olun.Ən əsası özünüz olun. (Atv.az)