Paylaş

Bildiyimiz kimi qadın və kişilər arasında mübahisələr qaçınılmazıdır. Bu mübahislərin başlıca səbəblərindən biri də qadın və kişilər arasında olan fərqlərdir.  Gəlin bu fərqləri birlikdə nəzərdən keçirək :

  • Qadınlar heç vaxt köynəklərini kürəydən dartaraq çıxarmırlar.
  • Qadınlar tez-tez saçlarının uclarını barmaqlarına dolayır və ya yanağına toxundururlar.
  • Qadınlar əsnəyərkən ağızlarını ovucları ilə örtürlər, yumruqları ilə deyil.
  • Əl ilə görüşdükdə qadın qarşı tərəfin əlini sıxmır, sadəcə uzatmaqla kifayətlənir.
  • Arxadan çağırılan zaman qadın yalnız başını döndərməklə kifayətlənir, kişilər isə bütün bədənlərini döndərirlər.
  • Əlləri açmaq təklifinə kişilər adətən,  ovuc içlərini, qadınlar isə əllərinin üstünü göstərirlər.
  • Qadınlar əllərinin boş olmağını sevmirlər. Ona görə də çox zaman onlar çantaları ilə olurlar.  Bundan əlavə bu çantada istədiyiniz bir çox şeyi tapmaq mümkündür.
  • Dabanlarına baxmaq üçün  qadın arxaya çönüb ayağını qaldırar, kişilər isə  sadəcə ayağını çöndərərlər.
  • İsti torpağın üzəri ilə gedərkən qadınlar barmaqları üzərində yeriməyə üstünlük verirlər. Kişilər isə dabanları üzərində.
  • Qadınlar nəyi isə eşitmək istəmədiləri zaman qulaqlarını barmaqları ilə, kişilər isə ovucları ilə örtürlər.
  • Geyindikləri zaman qadınlar əvvəl köynəyi sonra isə şalvarı, kişilər isə əksinə, əvvəl şalvarı, sonra isə köynəyi geyinirlər.
  • Ağır yük qaldırdıqları zaman qadınlar onu qoltuğunun altında, kişilər isə qabaqlarında aparırlar.
  • Bəzən kişilər çox sevdikləri halda belə illərlə “mən səni sevirəm” sözünü deməyə bilərlər.
  • Kişilər adətən çox unutqan olurlar. Qadınlar isə bunun tam əksi olaraq bəzən unutmalı olduqları şeyləri belə çox yaxşı yadda saxlayırlar.
  • Qadınlar haqqında pis danışan kişilər, adətən, yalnızca bir qadını nəzərdə tutub danışırlar.
  • Təhlükə ilə bağlı istənilən bir iş kişilər üçün maraqlı olur.
  • Kişilər ağrılara qarşı qadınlara nisbətən daha dözümsüz olurlar. Hətta deyilir ki, əgər onlar uşaq dünyaya gətirsəydilər ağrı şokundan ölərdilər.
  • Əgər kişi hər hansı məsələ üçün “Bu çox asan uşaq oyunudur” deyirsə, deməli o bu oyunda öz qadınına uduzur.
  • Kişilər elədiyi hər şeyi öz xanımı üçün edir.
  • Xəyanət edərkən qadınlar daha yaxşısını, kişilər isə daha yenisini axtarırlar.
  • Kişilərdə bədən temperaturu qadınlara nisbətən daha aşağı olur.