Paylaş

Münasibət zamanı əksər hallarda tərəfləri narazı salan məsələlərdən biri lazımsız qısqanclıqlar olur. Əgər xasiyyət baxımından qısqanc, sevdiyi şəxsi kimləsə bölüşməyi sevməyən biri ilə birlikdəsinizsə, o zaman sevgilinizin sizi hətta valideynlərinizdən belə qısqana bilməsi fikrini qəbul etməlisiniz.
Əziz kişilər, bu dəfəki məqalədə sizə qısqanc qadınların qarşı tərəfdən eşitmək istədikləri haqqında məlumat verəcəyik. Sevgilinizlə münasibəti yoluna qoymaq istəyirsinizsə, aşağıda yazılanları diqqətlə oxuyun.

Gözəl bir qadına baxdığınızı görüb
Mütəxəssis Laura Guerreronun sözlərinə görə, sevdiyiniz qadın sizi başqa bir qadına baxarkən görübsə, bunu danmağınız mübahisəni daha artıra bilər. Bu zaman ən ideal variant səhvinizi qəbul etməyinizdir. Bundan sonra dalaşmaq əvəzinə, sevgilinizə iltifat edin, onun həmin xanımdan qat-qat gözəl oldğunu bildirin. Çünki xanımlar heç bir halda yanlarında digər bir qadının təriflənməsini qəbul etməzlər. Belə bir situasiyda bu hərəkəti etməyiniz isə münasibətinizin sonu ola bilər.

Qız dostunuz var
Qız dostunuz varsa, sevgiliniz onunla görüşməyinizi istəmirsə, sevgilinizə dostu ilə onun yerinizin fərqli olduğunu hiss etdirin. Bu zaman onunla mübahisənizi yoluna qoymağın ən sadə yolu sizi niyə qısqandığını, niyə güvənmədiyini soruşmaqdır. Çox zaman qarşı tərəf özü də bu suala cavab tapa bilməyəcək. Bundan sonra isə sizin fikirlərinizi izah etməyiniz daha asan olacaq.

Sizi eşqbazlıq etməkdə günahlandırır
Əlbəttə ki, onda belə bir şübhə yaratmamağınız, sevdiyiniz insanı başqa kimləsə aldatmamağınız ən ideal variantdır. Amma belə hir hərəkət etmisinizsə, bu zaman da yalan danışmaq əvəzinə, səhvinizi etiraf edin. Düzdür, belə olan halda etdiyiniz hərəkətə haqq qazandırmağınız mümkünsüz görünür, amma qadınların ən sevmədiyi davranış bu zaman qarşılarındakı şəxsin onları axmaq yerinə qoyub səhv çıxarmağa çalışmasıdır. Bundansa xanımlar niyə belə etdiyinizi izah etməyinizi daha münasib hesab edirlər.

Keçmiş sevgilidən danışmaq!
Xanımlar nə qədər müasir olduqlarını desələr də, əksər hallarda sizin köhnə sevgilinizlə olan münasibətinizi birmənalı qarşılamırlar, çünki onların fikrincə, nə vaxtsa bir insanı sevməyiniz gələcəkdə yenidən həmin şəxsi sevə biləcəyiniz anlamına gəlir. Əgər onun şübhələrinə həqiqətən heç bir yer olmadığını düşünürsünüzsə, bu vaxt keçmiş sevgilinizin indi sizin üçün heç bir məna ifadə etmədiyini, indi həyatınızın əsas hissəsinin o olduğunu bildirin.

Bu qədər, kişilər. Yuxarıda sadalananlardan əlavə əgər sevdiyiniz şəxsin lazımsız qısqanclıqlarından qurtulmaq istəyirsinizsə, onun özünə inanmasına, sizin üçün hamıdam dəyərli olduğunu hiss etməsinə şərait yaradın.