Paylaş

Reuters xəbər agentliyi Amerikanın Utah ştatında yaşayan Mormon təriqtənin gündəlik həyat tərzi ilə bağlı  dünyaya məlumat  çatdırıb.

Mormonluq xüsusilə ABŞ-ın Utah ştatında daha çox yayılıb. Təriqətin ən qəribə xüsusiyyəti çoxarvadlılığa icazə verməsidir. Mormonluq Cozef Smit tərəfindən 1830-cu ildə yaradılan və ABŞ-da təxminən 10 milyon təqibçisi olan təriqətdir. Onlar mələk vasitəsilə Smitə göndərildiyinə inandıqları Mormon və Müqəddəs Kitaba itaət edirlər.

Mormon inancına görə, 12 yaşından başlayaraq hər kəs dini rütbələr qazana bilər. Mormonların birdən çox qadınla evlənməsi 1890-cı ildə Mormon kilsəsi tərəfindən qadağan edilsə də, hələ də yaşlı Mormon kişilərinin çoxarvadlılığı seçməsi və yetkinlik yaşına çatmayan qızlarla evlənməsi ABŞ xalqının diqqətini çəkir. Mormon təriqətinin üzvləri kişilərin cənnətə gedə bilməyi üçün ən az üç həyat yoldaşının olmağına inanır.

1955-ci ildə San Fransiskoda doğulan Rulon Ceffs 2002-ci ilə qədər bir qrupun lideri və peyğəmbəri olub. Ceffs 1980-ci illərdə Mormonlar tərəfindən peyğəmbər  elan edilib və 92 yaşında 75 yoldaşı olub. Atasının ölümündən sonra onun yerinə keçən oğlu Uarren Ceffs atasının yoldaşlarına “Atam yaşayırmış kimi davranacaqsınız. Mənim otağımın yanındakı otaqlarda qalacaqsınız” deyib. Bir vaxt “80 arvadlı adam” sənədli filmi ilə gündəmə gələn Ceffsin hazırda 70 arvadı olduğu bilinir.