Paylaş

Qadınlar kişilərdə nəyi sevmirlər? Kishi.az  olaraq sizin üçün bunları sıraladıq:

Ağ şalvar

Çox xüsusi kostyum olmadıqda ağ şalvardan uzaq durun. Ağ şalvara əsla pul verməyin. Xüsusilə yay aylarında geyinilən ağ kətan şalvarlar, 80-ci illərin “Miami Vice” vaxtlarında qaldı.

Yumurta dikdaban 

Bilmirik hələ sizin aranızda yumurta dikdaban ayaqqabı geyən var mı? Əgər varsa da dərhal o ayaqqabını bir yerdə unudun. Boyunuz sizə görə qısadırsa buna görə narahat olmayın. Olduğunuz kimi görünün, özünüzə görə yoldaşlar seçin. Amma əsla dikdaban ayaqqabı geyməyin.

Jeleli saçlar

Başına bir qutu jele vuranlar və saçları işıqda başı parıldayan kişilər, bütün qadınları diksindirir.  Saçlarınız hər zaman təmiz olsun, duş qəbul etdikdən sonra da fenlə formaya sala bilərsiniz.

Rəngli linza

Göz rənginiz nə olursa olsun onu sevməyə çalışın. Unutmayın, sizə ən çox yaraşan, doğuşdan sahib olduğunuz göz və saç rəngidir. Başqa bir kişiyə rəngli göz çox gözəl yaraşa bilər, amma əhəmiyyətli olan təbii gözəllikdir. Bundan başqa qadınlar orijinal kişiləri xoşlayır, başqa heç nəyə ehtiyac duymayın.

Təsbeh

Hələ də təsbeh çevirirsinizsə onu bu dəqiqə dərhal yerə qoyun. Çox lazımdırsa əlinizi əyləndirəcək başqa bir şey tapın. Çünki qadınlar təsbeh çevirən kişilərə çox da yaxşı gözlə baxmır. Hətta heç baxmır.

Həddindən artıq əzələli bədən

Həddindən artıq əzələli bədənli kişilərə əsla etina etməyin! Çünki qadınlar bu tip bədənli kişilərdən heç xoşlanmazlar. Əla, fit bədəniniz olsun, amma idman salonunda 500 kq ağırlığında bench press edən kişilər əsla seksual deyil.

Tər qoxusu

Qadınlar təmiz kişiləri sevər. Ətir olmasa belə bədənindən təmiz iy gələn kişini cazibədar hesab edərlər. Tər qoxusu isə böyük təhlükədir. Əvvəlcə həddindən artıq tərləməkdən şikayətçisəniz hormonlarınızla əlaqədar bir problem ola bilər. Əvvəlcə  həkimə gedin. Əgər bir narahatçılığınız yoxdursa ilk şərt hər gün duş almağınız və dezodorant istifadə etməyinizdir. Tər qoxusundan bu şəkildə xilas ola bilərsiniz, amma görünüş ilə də “boğuşmalısınız”. İslanınca rəngi dəyişməyən, yəni tərlədiyinizdə sizi ələ verməyəcək geyimlər seçin.

Mənbə: mahmure.com