“Qalatasaray” – “Fənərbaxça” matçının vaxtı bəlli oldu

“Qalatasaray” – “Fənərbaxça” matçının vaxtı bəlli oldu

20
0
SHARE

Türkiyə superliqasının 26-cı turundan təxirə salınan “Qalatasaray” – “Fənərbaxça” matçının vaxtı müəyyənləşib.

İstanbul derbisi aprelin 13-də keçiriləcək.

Bu barədə qərarı Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirören açıqlayıb.

Qeyd edək ki, martın 20-də keçirilməli olan “Qalatasaray” – “Fənərbaxça” oyunu terror təhlükəsi səbəbindən təxirə salınıb.

Qol.az