Paylaş
Image processed by CodeCarvings Piczard ### FREE Community Edition ### on 2016-01-23 09:05:13Z | http://piczard.com | http://codecarvings.com://|íza

“Qalatasaray”ın 6-cı pillədə olması və çempionatın liderindən 25 xal geridə qalması bütün azarkeşlərin narazılığına səbəb olub”.

Bu sözləri idman şərhçisi Sənan Şəfizadə “Qalatasaray”ın çempionatdakı vəziyyətindən danışarkən deyib. O bildirib ki, çempionatlarda liderliyə iddialı komandalar layiqli oyun nümayiş etdirmir:

“Türkiyədə “Qalatasaray”, Azərbaycanda “Xəzər-Lənkəran”, İngiltərədə “Mançestr Siti”komandalarının müəyyən problemləri var və istənilən səviyyədə oyun nümayiş etdirmirlər. Çempionatın hər zaman lider tərəfindən eyni səviyyədə nəticə göstərməsi hamı tərəfindən birmənalı qəbul olunsa da, “Qalatasaray”ın 6-cı pillədə olması və çempionatın liderindən 25 xal geridə qalması bütün azarkeşlərin narazılığına səbəb olub. Çempionatdan sonra komandada ciddi dəyişiklik olacaq. Komandaya daxil olanlar olacaq. İlk məşqçi korpusuna yenidən baxılacaq. Çünki “Qalatasaray”-ın bu mövsüm göstərdiyi oyun həmin “Qalatasaray” deyil. Komanda həm “Fənərbaxça”dan, həm də “Beşiktaş”-dan geridə qalır. “Başakşehir”, “Kasımpaşa” kimi komandalar “Qalatasaray”-dan öndədir. “Qalatasaray”da maliyyə problemi yoxdur. Komandada seleksiya və məşqçi işləri ciddi olaraq müzakirə edilməlidir”.

GSR.fm