Paylaş

May ayının 20-də “ETÜD” kafedə Qara Dərvişin “Yorğun” adlı konserti keçirilib. Konsert zamanı öz mahnılar ilə yanaşı klassik mahnılar da oxuyan Qara Dərviş dinləyicilərin marağına səbəb olub.

Konsert barədə GSR.fm-ə müsahibə verən Qara Dərviş bildirib ki, yaxın zamanlarda böyük sürprizlər edəcəcək:

Konsert gözlədiyimdən çox gözəl keçdi. İnsanların təəsüratı gözlədiyimdən artıq oldu. Cəmiyyətdən, dinləyicilərdən bu qədər çox təəssürat gözləmirdim. Hətta qapı arxasında qalanlar oldu. Məkan kiçik olduğundan içəri yerləşmədilər. Yəni, bilet bitmişdi. Əlavə bilet istəyirdilər. Bunu təşkil edə bilmədik. Üzrlü hesab etsinlər. Mütləq böyük konsertlər olacaq yaxında və böyük konsertlərdə görüşənədək. İnanıram ki, hamının ürəyincə olacaq. Sürprizləri sevirəm və düşünürəm ki, sürprizsiz insanlar yaşamır. Yaxında böyük sürprizim olacaq.