Paylaş

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

Kişi Magazine  xəbər verir ki, ilk olaraq təmsilçimiz “Qarabağ” meydana çıxıb.

Ağdam klubu Bakıda  “Göteborq”u (İsveç)  qəbul edib.

Səfərdə keçirilən ilk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası bu dəfə 3:0 hesabı ilə qalib gəlib və qrup mərhələsinə yüksəlib. “Qarabağ” üç dəfə Avroliqanın qrup mərhələsinə düşən ilk Azərbaycan klubu olub.

Qollar: Rəşad Sadıqov, 19 (1:0), Muarem Muarem, 26 (2:0), Dani Kintana, 51 (3:0)