Paylaş

UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk görüşləri baş tutub.

Kişi Magazine  xəbər verir ki,  Azərbaycan çempionu “Qarabağ” da qrup mərhələsinə düşmək üçün mübarizə aparıb.

İsveçdə “Höteborq” klubunun qonağı olan “Qarabağ” ilk oyun öncəsi cütün favoriti sayılsa da, meydanı məğlub tərk edib. Meydan sahibləri 56-cı dəqiqədə vurduqları qol ilə minimal hesablı qələbə qazanıb.

Komandalar arasında cavab matçı bir həftə sonra Bakıda baş tutacaq.