Paylaş

Bu gün Azərbaycan kubokunda final oyunu keçirilib.

Kishi.az xəbər verir ki, həlledici görüşdə “Qarabağ” və “Neftçi” komandaları qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun əsas vaxtında hesab açılmadığına görə əlavə vaxta ehtiyac olub.

119-cu dəqiqədə fərqlənən Migel Madera hesabı açaraq “Qarabağ”ı  1:0 hesabı ilə qalib edib.

Bununla da Ağdam təmsilçisi tarixində 5-ci dəfə kubokun sahibi olub,  3 dəfə isə (1993, 2015, 2016-cı illər)  “qızıl dubl” edib.

Qeyd edək ki, ötən mövsüm də finalda bu iki komanda qarşılaşıb. “Qarabağ” 3:1 hesabı ilə qalib gələrək “qızıl dubl” edib.