Paylaş

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası gəncləri, vətəndaşları Ermənistan  tərəfindən aparılan informasiya müharibəsinə şiddətli cavab verməyə çağırır.

Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bunun üçün bəzi istiqamətləri açıqlayıb:

Həqiqətlərimizi dünyaya çatdıraq! Ermənilər tərəfindən #Karabakh, #KarabakhNow, #NKpeace teqləri altında facebook və twitter sosial şəbəkələrində aparılan qaralama kampaniyasını dayandıraq! Mən nə edə bilərəm deyirsinizsə:

1. Bildiyiniz bütün xarici dillərdə mətnlər hazırlayın, rəsmi mənbələrdən şəkillər, videoları əlavə edin;
2. Dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə #Karabakh, #KarabakhNow, #Nkpeace, #Nayora teqlərini mətnə əlavə edin;
3. Facebook və Twitter sosial şəbəkələrində paylaşın;
4. Azərbaycanlılar və Azərbaycanın dostları tərəfindən sosial şəbəkələrdə yerləşdirilən məlumatları bəyənin, paylaşın, retvit edin.

Diqqət!
1. Məlumatların doğruluğuna əmin olduqdan sonra paylaşın, etibar olunan mənbələrdən istifadə edin.
2. Azərbaycan Ordusunun dislokassiyası, rəsmi olaraq Müdafiə Nazirliyi tərəfindən açıqlanmayan hərbi məlumatları paylaşmayın.

Azərbaycan üçün dəstək olaq!