Paylaş

Avqustun 25-də Azərbaycan komandası olan “Qarabağ” İsveç komandası “Höteborq”la pley-off mərhələsinin cavab matçında qarşılaşıb. Milli komanda rəqibi 3:0 hesabı ilə məğlub edərək Avropa Liqasında qrup mərhələsinə yüksəlib.

Bununla bağlı idman şərhçisi Rövşən Binnətli  müsahibə verib. O bildirib ki, komanda indiyə qədər “Qarabağ”ı tənqid edənlərə dünənki oyunla layiqli cavab verdi:

“Qarabağ”-ın “Viktoriya” ilə qarşılaşmasından sonra Qurban Qurbanov daha çox tənqid edilib. Onu qeyd edim ki, bütün komandaların mövsümlərarası dövrdəki hazırlıqdan sonra optimal formasını almaq üçün müəyyən zaman lazımdır. Həmin zamanı gözləmədən bəzi jurnalistlər obyektik olmayan yanaşmaları ilə mediyanı zəbt etdilər. İdmanda qalibiyyət də, məğlubiyyət də var. Ancaq onun səbəblərini araşdırarkən jurnalist obyektivliyi ilə yanaşı tərəfsiz olmalıdır. Bu cür yalnış təndiqlər də belə səhv yanaşmalardan irəli gəlirdi. Elə ağır meydanda yüksək texnika ilə oyun nümayiş etdirmək çox çətin idi. Bunu komanda bacardı. Çünki “Qarabağ” kiçik ötürmələrlə texniki oyuna üstünlük verən komandadır. Buna görə meydanın düz olması çox önəmlidir. Bu cəhətdən “Qarabağ” problem yaşadı. Düşünürəm ki, komandanın ardıcıl üçüncü dəfə qrup mərhələsinə düşməsi onun gücünün göstəricisidir. Düzdür, biz ondan Çempionlar Liqasına düşməsini gözləyirdik. Play-off komandanın gücü daxilindədir. Ola bilsin ki, qrupa düşmək hələ tezdir. Mən belə düşünürəm ki, “Qarabağ” qrupda sadəcə iştirakçı olmayacaq, bu mövsüm artıq komandanın qarşısına qoyulan məqsəd və özlərinin də istəyi Avropa Liqasının qrup mərhələsini dəf etmək olacaq. Bu da püşkün nəticəsindən asılıdır”.

GSR.fm