Paylaş

Avtomobilinin mühərrikinə antifriz əvəzinə su tökən sürücü özünü xərcə salıb. Ustalar bildirir ki, avtomobilin soyudulması üçün istifadə edilən bu mayedən həm yay, həm də qışda istifadə etmək lazımdır. Çünki bu maye hətta 120-130 dərəcə temperaturda belə qaynamır. Ustaların sözlərinə görə, bu hal xüsusəndə istehsal ili nisbətən köhnə olan “Opel” və “BMW” markalı avtomobillərdə tez-tez müşahidə edilir.

Qaynamış avtomobilə suyun tökülməsi isə mühərrikə iki qat ziyan vurur. Belə halla qarşılaşan sürücülər mütləq maşını evakuatorla təmir müəssələrinə aparmalı və mühərrikdəki bir neçə detalı dəyişdirməlidirlər. Belə mayenin 1 litri mağazalarda 3 manatla 8 manat arasında dəyişir. Sürücülər hətta mühhərikin suyunu tamamilə dəyişməsələr belə, üzərinə 2-3 litr antifriz əlavə etməklə maşının mühhərikini qoruya bilərlər.