“Qəbələ” qrup mərhələsində!

Paylaş

UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

Kişi Magazine məlumat verir ki, təmsilçimiz “Qəbələ” də qrup mərhələsində çıxış etmək üçün mübarizə aparıb.

Roman Qriqorçukun komandası Sloveniyada “Maribor”un qonağı olub. Bakıda keçirilən ilk görüşdə 3:1 hesablı qələbə qazanan təmsilçimiz cavab oyununa aşkar üstünlüklə çıxıb. Matç “Qəbələ”nin 0:1 hesablı məğlubiyyəti ilə başa çatsa da, təmsilçimiz ardıcıl ikinci il qrup mərhələsində çıxış etmək imkanı qazanıb.