Paylaş
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Yeni Məcəlləyə əsasən, sürücülərin məsuliyyətə cəlb edildiyi xətalar sırasından “qəza şəraitinin yaradılması” çıxarılıb. Belə ki, hazırda qüvvədə olan və sabah qüvvədən düşəcək Məcələnin 151.3-cü maddəsində “qəza şəraitinin yaradılması” adlanan inzibati xəta var. Bu haqda Kishi.az olaraq nəqliyyat eksperti, vəkil Vamiq Şükürovun fikirlərini öyrəndik.

“Qəza şaraitini yaratmaq belədir ki, sürücü maksimum ehtiyatlılıq nümayiş etdirərək digər avtomobillərlə və ya sürücülərlə toqquşmamaq üçün əlindən gələni etməlidir. Bir sürücü dairəvi yola düzgün daxil olursa, qarşıdan gələn avtomobilin sürücüsü onun keçməyini gözləməlidir. Əgər gözləmirdisə, bu kimi hallar qəza şəraiti adlandırılırdı. Yəni sürücü elə manevrlər, elə sürət seçir ki, bu kimi hallar nəticəsində qəza baş verə bilər. Amma bu qəzanın qarşısı bir çox yollarla alınır. Bir çox hallarda qiymətləndirilə bilən hallardır. Hər bir tərəf həm sürücü, həm də dövlət yol polisinin əməkdaşı  çox fərqli mövqe nümayiş etdirirlər. Qəza şəraiti kimi qiymətləndirilən hallar digərləri tərəfindən qəza şəraiti sayılmırdı. Neçə metrə qədər sürücü digər sürücüyə yol verməlidir? Bu bilinmir. Dövlət yol polisi əməkdaşı qeyd edir ki, 10 metr, sürücü hesab edir ki, 5 metr. Ona görə də hesab olundu ki, qəza şəraiti halı çıxarılsın. Qanunda göstərilən pozuntular  baş verərsə, sürücülər məsuliyyətə cəlb olunsun. Konkret işarələri gözləməmək, qaydalara riayət etməmək və bu kimi hallara gəldikdə isə İnzibati Xətalar Məcəlləsində konkret tələblər, yol hərəkəti qaydaları  var. Qaydalar, işarələr, sürücülərin əməl etməli olduğu, piyadaların əməl etməli olduğu normalar müəyyənləşdirilib. Bu normaları pozan şəxslər məsuliyyətə cəlb olunacaq. Qəza şəraiti hər hansı normanın, qaydanın pozulması deyil. Sadəcə olaraq, bunu Dövlət yol polisi əməkdaşı, inzibati xətaya baxan şəxs özü müəyyənləşdirir”.