Paylaş

Düzgün bədən quruluşuna sahib olmaq hər kişinin arzusudur. Elə qadınların da kişilərdə diqqətini çəkən əsas məqamlardan biri də ideal bədən quruluşudur. Bədən quruluşunun istədiyiniz formada olması xarici görünüşünüzə olan inamınızı da artıracaq.

Bəs, belə bədənə sahib olmaq üçün nə etmək lazımdır? Bu barədə məşqçi Ceyhun Vəliyev öz məsləhətlərini Kishi.az-la bölüşüb:

İdmana başlamazdan əvvəl 70% qidanın, 30% idamanın əhəmiyyətli olduğunu bilirik. İlk növbədə fit bədənə sahib olmaq üçün qidaya diqqət etmək lazımdır. Qidaya diqqət etdikdən sonra idman köməyimizə gələ bilər. İdmana başladıqdan sonra “kalori, enerji itirirəm” deyib nə gəldi yemək olmaz. Bununla fit bədənə sahib olmaq mümkün deyil.

İlk növbədə qida, daha sonra düzgün məşq və düzgün idmanla istədiyiniz bədənə sahib ola bilərsiniz.

Fit bədənə sahib olmaq müddəti hər insana görə müxtəlifdir. Məsələn, 130 kq olan insan fit bədənə sahib olmaq üçün ilk növbədə arıqlamalıdır. Daha sonra forma yığmalıdır. Uyğunlaşma dövrü ilə birlikdə minimum 3 ay, maksimum yoxdur. Bu, həmçinin həmin insanın yediyi qidadan da asılıdır. Qida nə qədər təmiz olmazsa, həmin müddət artacaq.

İnsana fit görsənməkdən də ən önəmli olan sağlam olmaqdır. Nə qədər qidaya diqqət etməsək, xarici görünüşümüz o qədər korlanacaq. Bunun fəsli yoxdur.  Yayda formaya düşmək daha asandır. Çünki, yayda tərləmə halları daha çox baş verir. Nisbətən zərərli qidalardan daha az istifadə edirlər. Yay aylarında mütləq alkoqola diqqət yetirmək – alkoqolsuz içkilərdən istifadə etmək lazımdır. Bacardığımız qədər fast food, şəkərli içkilər, şirniyyatdan maksimum dərəcədə istifadə etməmək məsləhətdir.