Qidalar soyuducuya necə yerləşdirilməlidir?

Paylaş

Soyuducuda yeməklərin hansı rəfdə və necə saxlanılması çox əhəmiyyətlidir. Yeməkləri müəyyən rəf və bölmələrdə, uyğun şəkildə saxlayaraq bir çox qidanın ömrünü uzatmaq mümkündür. Yeməkləri və içkiləri soyuducuda sağlam və uzun müddət saxlamaq üçün sistemli şəkildə yerləşdirmək lazımdır. Soyuducunun müəyyən bir nizama görə yerləşdirilməsi səliqəli  görünməsindən əlavə, yeməklərdə bakteriyaların çoxalmamasının qarşısını alar və tez xarab olmamasını təmin edər.  Bəs, soyuducuda yemək və içkilər hara qoyulmalıdır?

Soyuducunun ən soyuq hissəsi haradır?

Soyuducularda ən soyuq olan rəflər buzxanaya ən yaxın olan hissələrdir. Buzxanadan uzaqlaşdıqca, rəflərin istiliyi artmağa başlayır. Soyuducuda hər rəf və bölmənin istilik dərəcəsi fərqli olduğu üçün qidaları qoruma gücü də eyni deyil. Bu səbəbdən soyuducuya yeməkləri yerləşdirərkən boş yerlərə  deyil, o yeməyi saxlamağa uyğun olan rəfə yerləşdirmək lazımdır. Ümumi qayda olaraq ən riskli yeməkləri soyuducunun ən soyuq üst rəflərinə yerləşdirmək, sonra da risk səviyyəsinə görə aşağı rəflərə doğru düzməyə davam etmək lazımdır.

Soyuducunun ən soyuq hissəsi olan ən üst rəfə ət, toyuq, balıq və yumurta yerləşdirilməlidir.

Çiy yumurtanın qabığında və içində çoxlu miqdarda bakteriya olduğu üçün bişirilmıdən əvvəl təhlükəli qidalardan hesab olunur. Soyuducudakı yumurta rəfləri istifadə edilsə, bu bakteriyalar yumurtanın yanında olan digər qidalara asanlıqla keçə bilər. Buna görə yumurtaları digər yeməklərlə təmas etməməsi üçün, öz qutusu içində və ən üst rəfdə saxlamaq daha düzgündür.

Hazır yeməklər və hazırlanmış salatlar da bağlı şüşə qablarda üst rəfdə saxlanılmalıdır.

Pendir, süd, qatıq, kərə yağı, marqarin kimi qidalar üst rəfdə və ya orta rəfdə saxlanılmalıdır. Süd əgər soyuducu qapağında saxlansa qapaq açıldıqca hava ilə təmas edib daha tez xarab olacağı üçün daxili rəflərə qoyulmalıdır. Çörək isə soyuducuda olacaqsa kiflənməməsi üçün streç lentə bükülərək orta rəfdə saxlanmalıdır.

Təzə sıxılmış meyvə şirələri ilə yuyulmuş  meyvələr soyuducunun ən isti bölməsi olan alt rəfdə saxlanmalıdır.

Soyuducunun ən isti bölməsi olan meyvə tərəvəz bölməsinə isə təbii olaraq meyvə və tərəvəzlər yerləşdirilməlidir. Tərəvəz və meyvələri soyuducuda yumadan saxlamaq lazımdır.

İstifadə edilmiş dondurma, qatıq qabları kimi qalın plastikdən hazırlanmış qablarda qidalar qoyulmamalıdır. Bu, sağlamlıq baxımından risklidir.  Saxlama qabı olaraq qapaqlı şüşə qablar və ya keyfiyyətli plastik qablar seçilməlidir.

Mənbə: yemekmutfak.com