Paylaş

Kranlardan istifadə zamanı qırılma, hansısa mexaniki parçasına ziyan dəymiş ola bilər və bu krandan istifadəni çətinləşdirər.

Ən böyük problem isə kranın qırılmasıdır. Bəs qırılan kranı necə təmir etmək olar?

Bu vəziyyəti düzəltmək üçün əvvəlcə su borusunu bağlamaq lazımdır. Beləcə təmir əsnasında su axmaz. Kranı çevirərək yerindən çıxarın. Ardından yeni kranın daxil olan hissəsini bantla ya da parçayla bağlayın. Bu əməliyyatı əlinizlə etməyiniz açar istifadəsinə görə meydana gələ biləcək su daşmasınının qarşısını almış olar.

Borudan səs gəlirsə, deməli içində hava var. Əvvəlcə su borusunu bağlayın. Ardından kran başını və vintləri sökün. Kran göbəyini də sökərək kran göbəyinin altındakı bölgəni təmizləyin. Ardından yeni alınan göbəyi yerinə daxil edin və digər hissələri də yerləşdirin.

Əgər səs hələ də gəlirsə, köhnə kranı tamamilə dəyişməyiniz lazımdır. Bu vəziyyətdə səs qurğudan deyil, krandan qaynaqlanır.

Damcılama problemi vintin köhnəlməsi ya da çirklənməsinə görə ola bilər. Əvvəlcə borunu bağlayın. Kranın içində qalan suyu boşaldın. Kran qapağını bıçaqla çıxarın. Vintaçanın köməyiylə kran başındakı vinti sökərək kran başlığını çıxarın. Ardından kəlbətinin köməyiylə vinti açın. Bıçaqla vintin başındakı rezini yerindən aralayın. Rezinin yerini quru bezlə təmizləyin, sonra yeni rezin başlıq yerləşdirin.