Paylaş

Yaz mövsümünün ən böyük problemlərindən biri təkər problemidir. Bəzən sürücülər isti vaxtlarda mövsümə uyğun olmayan qış təkərlərindən istifadə edir. Bu haqda Kishi.az-a danışan maşın ustası Sahil Ağabəyli sürücülərə məsləhətlərini verir.

“Qış təkərlərinin yayda sürülməməsi məsləhətdir. Çünki onlar az sürətə, yəni maksimum 120km/saat hesablanıb. Yayda rayonlara gedənlər həddindən artıq sürətlə sürürlər, bu zaman qış təkərləri həddindən artıq qızmaya səbəb olur. Bu da avtomobilin təkərinin partlamısına gətirib çıxarda bilər. Buna görə də məsləhət görürəm ki, əgər kimdə qış təkərləri varsa, onları dəyişsinlər. Ümumiyyətlə, hər fəsildə istifadə edilən təkərlər olmalıdır. Partlamadan başqa heç bir problem ola bilməz. Bir də ola bilər ki, qışda təkərlər yumşaq olduğu üçün avtomobilin boşuna gedişinə maneçilik törədə bilər. O da yanacaq sərfinə səbəb olacaq”.