Paylaş

Azərbaycanda yay saatına keçidin insanların psixologiyasına necə təsir göstərməsi ilə bağlı  psixoloq Murad İsayev öz fikirlərini bölüşüb. O bildirib ki, qış və yay vaxtına keçid insan psixologiyasında özünü bir neçə hallarda göstərir.

“Ümumiyyətlə vaxt dəyişməsinin insanlara təsiri olur. Ən azından insan bir mühitə, bir saata, bir formaya adaptasiya olanda o artıq fikirləşmir ki, gecə qısalır, gündüz uzanır və s. bu kimi məsələləri qəbul etmir. Sadəcə olaraq bir insan saat 07:00 –da, bir gün sonra isə 08:00-da durursa bu hal ona bir müddətlik təsir göstərir . Üç ,dörd, hətta beş gün onun qrafikinə təsir edir. Hamımız bilirik ki, hər birimizin bioloji saatı var. Yəni insan beynindəki bioloji saatı nəzərdə tuturuq. Bu bioloji saatla və real saat arasındakı bir saat fərq insanı psixoloji baxımdan irəli ya da geri atır. Bunun mənfi tərəflərindən də danışsaq, qış saatından yay saatına keçəndə insanların yuxu fazasına, yatmasına, durmasına təsir göstərə bilər. İşə gedən zaman yaranan o bir- iki saat fərq deməzdim çox , ancaq müəyyən qədər insanlara təsir edir . Bu təsirlərdə təbii olaraq müvəqqətidir. Məsələn misal olaraq bizim ölkə ilə saat fərqi olan xarici ölkələri göstərə bilərik. Türkiyəni götürsək elə , bizim ölkə ilə arasında iki saat fərq olduğu üçün ora gedən zaman insanlar bir müddətlik bizim saatla işləməyə çalışırlar. Ancaq yavaş-yavaş yerli saat vaxtlarına uyğunlaşırlar. Bu da onu göstərir ki, saat dəyişməsinin insanlara təsir göstərməsi mümkündür”

Qeyd edək ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Azərbaycan ərazisində yay-qış vaxtına keçid məsələsinin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

GSR.fm