Paylaş

“Qısa boylu xanımlar  mütləq ayaqlarını gizlətməlidirlər, əsasən də kök və balaca boylu xanımlar”.

Bu sözləri Stilist Samiraldo qısa boylu xanımlara geyimlə bağlı tövsiyəsini verərkən deyib. O bildirib ki, ayaqları qısa olanlar uzun yupkalar geyinsələr bu daha maraqlı görünüş yaradacaq

“Boyları qısa olan xanımlar necə olur ki, daha qısa görünürlər? Bunu daha çox ayaqları kök olan xanımlar həddindən artıq ayaqlarını qabarıq şəkildə göstərərək edirlər, bu, qətiyyən olmaz. Çalışsınlar ki, eyiblərini örtsünlər. Onda xanımlar daha maraqlı və gözəl görünə bilərlər. Bu xanımlar uzun paltar geyinərək boylarını olduğundan uzun görstərə bilərlər. Amma ayrı-ayrı kofta və ətək geyinəndə, üstəlik də mini ətək geyinəndə bu insanı olduğundan balaca edir. Belə vəziyyətlərə düşməmək üçün bunlara mütləq diqqət yetirməlidir.

Hər bir xanım öz xarici görnüşündəki qüsuru bilməldir və buna uyğun olaraq geyinməlidir. Necə geyinməlidirlər ki, həm uzun həm də dəbli görsənsinlər? Məsələn, kloş şalvarlar insanın boyunu uzadır. Bu şalvarları kablokla geyinən zaman insan həm hündürboy, həm də gözəl görünür. Xanımlar belə kiçik hiylələrdən istifadə etsə daha zövqlü görsənərlər”.

GSR.fm