Paylaş

Qısqanclıq mənimsəmək sözünü gözəlləşdirmək üçündür. Qısqandım, vurdum, öldürdüm deyirlər.

Bu sözləri GSR.fm-in Sosial Mən” verilişinin qonağı olan psixoloq Təhminə Çələbi qısqanclıq zəmnində baş verən cinayətlərə münasibət bildirərkən deyib:

“Əslində isə bu eqoizmin bir növüdür. İnsanı mənimsəyir, özünün əşyasını əlindən alıblar kimi davranır. Təbii ki, bu patoloji haldır. Cinayət olubsa, heç də normal deyil. Yaxud sakit təbiətli insan elə bir səhnəylə qarşılar ki, affekt halında cinayət törədər, nə etdiyini bilməz. Hər bir halda, belə şeylər üçün də insan yer qoymalıdır. Xəyanət üçün də 1% də olsa, yer qoymaq lazımdır ki, həytada heç kəs heç nədən sığortalanmayıb. Hər bir halda insan cinayətin sonrsını 2 dəqiqlik düşünsə, bunu etməyəcək. Qarşımızdakı bizə xoşagəlməz bir şey edibsə, bunu bizə münasib görübsə, nə üçün ona görə azadlığımızı itirək?!”