Paylaş

Uzun illər davam edən araşdırmanın nəticəsində Harvard Universitetinin tədqiqatçılar qrupu təbii zülal və molekullar sayəsində qocalmağa meylli olan genləri söndürə biliblər.

Alimlər qocalıq genlərini deaktiv etdikdən sonra gənclik genlərini qüvvətləndiriblər. Hələ ki, araşdırma siçanlar üzərində aparılıb. Alimlər bunu əbədi gənclik yolunda atılmış mühüm addım hesab edirlər.

Tədqiqatçılar qrupunun rəhbəri Devid Sinkler deyir ki, gənclik genləri düzgün aktivləşdirilərsə, çox güclü effekti olur. Hətta gəncliyi geri qaytarmaq belə  mümkündür.

Qeyd edək ki, tədqiqat zamanı laboratoriya siçanlarına NMN molekulları yeridildikdən bir həftə sonra onlarda qocalma prosesi dayanıb. Alimlər yaxın gələcəkdə bu metodun insanlar üzərində tətbiqini də istisna etmirlər. (Atv.az)