Paylaş

Müğənni Rəqsanə İsmayılova “ATV maqazin onlarla” verilişinin “İnanmayacaqsınız” rubrikasının qonağı olub.

Sənətçi həyat yoldaşından ayrılmasından və ona sənətə gəlməsində dəstək olan insandan danışıb:

“Aysunun atasından ayrıldıqdan sonra restoranda oxumağa başladım. Ora bir insan gəlirdi, bizə çox pul xərcləyirdi. O gələn günü bütün musiqiçilər sevinirdi. Mənə rəhbərlik demişdi ki, stoldan müştəri çağırsa, getmə, pul götürmə. Bir gün müdriyyət dedi ki, səni o adam çağırsa get. Gəldim stola, gördüm, nə qədər nemətlər düzülüb. Pul qazanıb övladımı saxlamağa ehtiyacım var idi. Əlimə bir paket verdilər. Tez onu götürüb, ayaqyoluna qaçdım. Bilmək istəyirdim ki, içində nə qədər məbləğ var. Həyatımda dollar görməmişdim. Mənə min dollar vermişdi. Şalvarımda gizlətmişdim ki, heç kim görməsin. Elə oldu ki, kişi hər gün gəldi. Bir gün dedi ki, “İstəmirəm restoranda oxuyasan. Vaxt gələcək, səni Azərbaycanda məşhur Rəqsanə edəcəm”. Hamısını da etdi. Mən şou-biznesə gələndə evim, maşınım, evimdə işləyənim var idi. Tanındım, məşhur oldum. Çox qısqanc idi. Mənə sərhəd qoydu ki, istəmirəm müğənni olasan. Mən qorxurdum ki, ondan ayrılsam, dollar görməyəcəm. Sənətdən getməyə də qorxurdum. Sonra başladı məni döyməyə, hər gün davalar olmağa. Məni elə vururdu ki, ölə də bilərdim. Ayrıldıq, maşınımı əlimdən aldı. Amma üç gün sonra qaytardı. O adam evli idi, uşaqları da var idi. Hər zaman evli insandan qaçmışam. Bu isə taleyin bir qisməti idi. Mən o insanın çörəyini itirmərəm”.

R.İsmayılova onu plastik əməliyyata “Bakılı oğlanlar”ın vadar etdiyini bildirib:

“Hamı hər yerdə məndən danışırdı. Rəfael və Coşqun parodiya etdi, konsertlərinə getdim. Amma “Bakılı oğlanlar” parodiya edəndə, (“Sonra Rəqsanə gəldi, qorxudan Kinqkonq öldü” ifadəsini nəzərdə tutur – red.) dalaşdım. Mən qadınam, məclisə gedəndə lağ edirdilər. Hamı gözəl ola bilməz ki. Çox arıq idim, sümüklərimdə əyrilik var idi. Özümü heç nədən qorxmadan plastik əməliyyatlara atdım. İstədim bütün qüsurlarım götürülsün”.

Axsam.az