Paylaş

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısını açıqlanıb.

Siyahıda Azərbaycandan üç məşqçi yer alıb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ötən ayla müqayisədə 6 pillə irəliləyib. Hesabında 1238 xalı olan 43 yaşlı mütəxəssis 475-ci pillədən 469-cu yerə yüksəlib.

“Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk iki pillə irəliləyərək 937 xalla 578-ci yerdə qərarlaşıb. Bakı “İnter”in məşqçisi Roman Cəfərov isə 256 xalla 1007-ci olub.

Qeyd edək ki, siyahının ilk üç pilləsində dəyişiklik baş verməyib. Ötən ay olduğu kimi ilk üçlükdə ispaniyalı mütəxəssislər qərarlaşıb. “Barselona”nın çalışdırıcısı Luis Enrike ilk pillədəki mövqeyini qoruyub. Unai Emeri (“Sevilya”) ikinci, Pep Qvardiola (“Bavariya”) isə üçüncüdür.

Qol.az