Paylaş

Çempionlar Liqasının III təsnifat mərhələsində dünən “Viktoriya” ilə keçirilən ilk oyun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.

Kishi Magazine  klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən məlumat verir ki, Ağdam təmsilçisi Qurban Qurbanovun başçılığı altında 350-ci matçına çıxıb.

Bu 350 matçda “Qarabağ” 189 qələbə qazanıb, 96 heç-heçə edib və 65 dəfə məğlub olub.

Komandanın Qurban Qurbanovun rəhbərliyi altında keçirdiyi 350 matçdan 258-i çempionat, 55-i avrokubok (11-i Çempionlar Liqası, 44-ü Avropa Liqası), 37-si Azərbaycan kubokuna təsadüf edib.