Paylaş

Stilist Sərxan Azərbaycanın tanınmış kişilərinin stilləri ilə bağlı fikirlərini Kishi.az-la bölüşüb:

“Avropadakı idmançılara baxsaq onların xüsusi stilləri var. O idmançılar dünyaya saç, geyim trendi gətirənlərdir. Bizim kişilər, idmançılaar  isə bir az arxa planda qalmağı sevirlər. Düşünürlər ki, kişi o qədər də baxımlı olmalı deyil. Bu məncə səhv fikirdir.

Müğənnilərdən isə Zamiq həm çəki, həm geyim, həm saç stili olaraq bəyənirəm. Bu sıraya Abbas Bağırovu da əlavə edə bilərəm. Şou-biznes əhli mənə elə gəlir ki, bir az önə çıxmalıdır, təbii ki, ifrata qaçmamaq şərtilə. Son vaxtlarda isə daha çox bəyəndiyim Raufdur, onu daha çox müasir obrazda görürəm”.