Paylaş

Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb

Bu barədə  müsahibə verən idman şərhçisi Rövşən Binnətli yarımfinalda çox ciddi və maraqlı mübarizə olacağını bildirib:

“Hər hansı qeyri adilik baş vermədi. İspaniyanın 3 komandası bu mərhələyə gəlib çıxdığı üçün onların ikisinin bir-biri ilə görüşəcəyi gözlənilən idi. Bu da baş verdi. “Barselona” ilə “Atletiko Madrid” bu mərhələdə üz-üzə gələcəklər. Bu o deməkdir ki, yarımfinala İspaniyanın 2 komandası çıxa bilər. Digər məqamlarda isə püşkün gözü kordur deyirlər. Burda istər “Real Madrid”in, istərsə də “Bavariya”nın qarşısına çıxan komanda sırf püşkatmanın xarakterindən irəli gələn məsəllərdir. Bizi həm yarımfinalda çox ciddi və maraqlı mübarizə gözlüyür, həmdə bütün bu proseslər möhtəşəm finalın olacağı ehtimalını gücləndirir”.

Şərhçi həmçinin Bavariya komandasının yarımfinal yolunun açıq olduğun da dedi:

“Mənim fikrimcə “Real Madrid” üçün hər hansı problem yaşanmayacaq. Onun yarımfinalda olması xeyli real görünür. Eləcədə “Bavariya” komandasının yarımfinal yolu açıqdır. Burada maraqlı görüşlərdən biri “Mançester Siti” ilə “PSJ” komandası arasında görüşdür. Bu oyun və “Barselona” ilə “Atletiko Madrid” komandaları arasındakı görüş olduqca böyük maraq doğurur. “Mançester Siti” ilə “PSJ” və “Barselona” ilə “Atletiko Madrid” komandaları arasında şanslar 50/50-dir. “Real Madrid” və “Bavariya” komandalarının indidən keçəcəyini demək olar. Lakin İspaniya komandalarının və “Mançester Siti” ilə “PSJ”-nin oyununda kimin qalib gələcəyi məsələsi tərəddüdlüdür. Barselonanın şansı da yüksək ola bilər. “Mançester Siti” ilə “PSJ” komandalarının şansı 100-də 100 bərabərdir”.

GSR.fm