Paylaş

Ankara Türkiyənin qədim paytaxt şəhəridir. Şəhər haqqında çox danışmaq niyyətində deyiləm, məlumat almaq istəsəniz “Google” deyilən alətdən istifadə edə bilərsiniz. Şəhərin bir neçə gəzməli, görməli yerindən və bilməli olduğunuz xüsusiyyətlərindən danışacağam.

Kishi.az Gsr.fm-ə istinadən istirahətini “rəsmiAnkara”da keçirməyi planlaşdıranlar üçün yeni bir reportaj təqdim edir.

Bu şəhər paytaxt olduğuna görə, əksər rəsmi qurumlar buradadır. Şəhər gördüyüm qədəri ilə iki hissəyə bölünür. Bir çox insanın sevdiyi və can atdığı “sakit” Ankara və macəra tərəfdarı olanların bəyəndiyi “yaşayan” Ankara.

-002

Şəhərə gəldiyimdə ilk olaraq, təbii ki, taksi sürücüləri məni qarşılayır. Tanımadığıma görə, avtobuslardan istifadə edə bilmirəm və taksi xidmətindən istifadə etməli oluram. Cem Yılmazın “Cultanahmet” məsələsi bu şəhərə aid olmasa da, buranın taksiləri də digər şəhərlədən fərqlənmir. Sözümün canı, taksidən məcbur olmadıqca istifadə etməyin.

Küçələri maraqlıdır, rənglidir Ankaranın. Digər şəhərlərdən fərqli olaraq burada ətsevər insanlar heç çətinlik çəkməyəcək. Küçələrin başlanğıcı ət və “köfte” hazırlayan kafelərlə başlayıb, “ciyer” bişirən kafelərlə bitir. Tərsinə də ola bilər.

Şəhərin müəyyən hissələrindən – kafelərin daha çox olduğu ərazilərdən kabab qoxusu gəlir. Səhər işə gedən insanlar mütləq bu qoxunu hiss edəcəklər, “anqaralılar” bunu hiss etməyə bilər, amma turistlər mütləq fərqli atmosferdən pay alacaqlar.

Axşam 21:00 – dan sonra əksər mağazalar açıq olmur. Xırda dükanlar ola bilər ki, bunu da tapmaq çətindir. Odur ki, lazım olan alış verişi mağazalar bağlanmadan etməlisiniz, yoxsa, ac qala bilərsiniz.

Ən böyük sıxıntı yaradan amillərdən biri isə “dolmuş” adlanan avtobuslardır. Çətinlik isə qiymətlərdədir. Bir adam üçün gediş haqqı 2, 25 tl – dir. Böyük avtobuslar kartla işləyir, dolmuşlar isə nağd pul alırlar. Gün ərzində bir neçə yerə getmək 10-15 liraya başa gəlir. Bu halda qənaət etməyə çalışan turistlər bəzi yerlərə piyada getməyə çalışırlar.

0-001

Günlük yaşamaq üçün lazım olan qidalar isə elə də baha deyil, 10 liraya günü başa vurmaq olar, təbii ki, özünüz bişirmək şərti ilə. Restoranda yemək yeyəcəyəm desəniz, biraz “tərləməli” olacaqsınız. Məsləhət görərdim ki, qoyun və mal əti yeməyi Ankarada olduğunuz müddətdə dayandırın. “Forever” toyuq əti deyib, söhbəti bağlayın. Fərq qiymətlərdədir.

İnsanları da mehribandır, kimdənsə söz soruşsanız “Faruk ezcanesiiii” deyib, bir şəkildə sizin sualınızı cavablandırmağa çalışacaq. Ankaralılara güvənmək olar deyə düşünürəm. Dəliqanlı tipi var insanlarda, “ağır abi” havası var bu şəhərdə.

Gəzintiyə gəlincə isə, deyirdilər ki, burada gəziləsi yer çox azdır. Bu fikirlə razı deyiləm. Siz gəzmək istəyin, yer tapılar. Çox yer olmasa da gəziləsi bir neçə yer var ki, bir az da bunlar haqqında yazaq. Səbrli olsanız, sona qədər oxuyun amma oxuduqlarınızı nə vaxtsa, Ankaraya getsəniz əməl edin.

Azərbaycanlı turistlərin gedəcəyi ilk yer Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin məzarıdır. Məzar bir az yaxşı halda deyil, amma baxımsız vəziyyətdə də deyil. Məhəmməd Əmin Rəsulzadənin qəbri “Asrı” qəbirstanlığıda, 28 may küçəsindədir.

İlk gediləcək yerlərdən biri də, əlbəttə ki, Anıtkabirdir. Türk dünyasının önəmli şəxsiyyətlərindən olan Atatürkun məzarının olduğu bu yeri ziyarət etməsəniz olmaz. Şərtdir, hətta vacibdir.

1-001

Heyran olacağınız Anıtkabirdən sonra “Kurtuluş parkı”na da gedə bilərsiniz. Bu park sıx ağacları ilə fərqlənir. Burada turist çantanızı açıb, rahat yeməyinizi yeməyiniz üçün açıq səma altında masalar var. Həm də Anıtkabirin olduğu əraziyə yaxındır. Bəlkə də diqqətli olsanız, Anıtkabirə gedərkən bu parkı görə bilərsiniz.

Yemək demişkən, turist adamlarsınız, çəkinmədən, utanmadan evdə hazırladığınız yeməyi gün ərzində müxtəlif parklarda yeyə bilərsiniz. Sözümü qəribçiliyə salmayın, bu, sizə maddi xeyir verəcək.

2-001

Daha çox əyləncə və atraksiyon həvəskarısınızsa, “Gençlik Parkı”na da gedə bilərsiz. Hava qaralanda daha maraqlı olur. Al-əlvan işıqlar, müxtəlif atraksiyonlar zövqünüzü oxşayacaq.

3-001

“Altın park”, Ankaranın yaşlı parklarındadır. Böyük bir ərazini əhatə edir. Təmizliyi və genişliyi sizi valeh edəcək.
İbadət etmək üçün hər məhəllədə məscid var, hətta əyləncə mərkəzlərinin, parkların belə xüsusi ibadət otaqları var. Məsləhət olar ki, memari üslubu və böyüklüyü ilə seçilən “Kocatepe Camisi”nə gedəsiniz.
Keçiören adlnan ərazidə isə uzun kanat var. Oraya piyada belə olsa, gedin. Ordakı kanatdan şəhərin görüntüsünü möhtəşəmdir. Çox bahalı deyil, demək olar ki, bütün atraksiyonlar 5 tl – dir. Əylənmək üçün Ankarada olan sayılı yerlərdəndir.

4-001

Şəhəri yüksəkdən seyr etməyə doymadınızsa, Ankara qalasına çıxın. Divarları qalıb, amma onun üzərindən belə şəhəri tam görə bilərsiniz.

5-001

Behçelievler gəzmək və alış-veriş üçün əla yerdir. Burada sıra ilə düzülmüş fərqli kafeler də var. Bura vaxtın necə keçdiyini sizə unutduracaq.

Buranın yaxınlığında Tunalı Hilmi küçəsi var. Amma ora getməsəniz, çox şey itirməyəcəksiz. Müxtəlif geyim mağazaları və kafelər.

Bakının İçərişəhərini Ankarada görmək eşqinə düşsəz, yolunuzu Hamamönü adlanan ərazidən salmalısınız. Qədimiliyini qoruyan Hamamönü sizə bir qədər nostalji anlar yaşadacaq.

6-001

Hə, əsas yerlərdən biri haqqında da bir-iki cümlə yazım. Deyirlər ki, Gölbaşına getməsən, elə bil Ankaranı gəzməmisən. Bir az şəhərin kənarındadır, amma çox uzaq deyil. Gedin, qayıq da sürün, özünüzlə ləvazimat götürüb, yaşıl otların üstündə “piknik” də edə bilərsiniz.

“Kuğulu park” çox böyük deyil, amma oradakı sakitlik sizi rahatlıqla istirahət etməyinizə şərait yaradacaq. Göldəki quşlarla selfie çəkdirməyi yaddan çıxarmayın.

7-001

Gəzərkən yeməli olduğunuz simit və poğaça var. Hə, bir də Kahramanmaraş dondurması alın. Amma satıcının sizə dondurma vermə tərzini səbrlə izləyin, əsəbləşib, özünüzü bir anlıq irlandiyalı boksçu və ya idmançı turist kimi hiss edib, adamı döyməyin. Bu onların adətidir. Həmin adəti desəm maraqlı olmaz. Google – da da axtarmayın. Yaşamaq daha gözəldir. İndi tapsanız da dondurma alanda bu adəti unudacaqsınız. Özünüz yaşayın. İndi demədiyimə görə, əsəbləşsəniz də onda üzünüzdəki təbəssümə görə bir çox sağ ol desəniz pis olmaz.

Bunlardan əlavə bir neçə yer var ki, oralara mən vaxt və ya digər səbəblərdən gedə bilmədim, kefiniz arzu etsə, siz mənim gəzmədiyim yerləri də gəzin, yazın, məlumatlandırın.

Bütün bu ərazilərə necə gedəcəyinizi yazmıram, çünki, turist adamın işi budur, biraz gəzin, görün, gedin və tapın. Bir balaca köməklik edə bilərəm, Kızılay deyilən meydandan hər yerə dolmuş gedir. Bəzi ərazilər bir-birinə yaxındır, pulunuza qənaət edin və piyada gedin. Həm də canınıza xeyirdir.

Bunlar Ankarada bir neçə gündə etdiyim qeydlər idi, buradakı işimi bitirib, İstanbula üz tuturam. Arada özünüzə də vaxt ayırın, Cənablar. İstirahət yeni işlər görəcək insanın cövhəridir.

Hazırladı: Alim Elbrus