Paylaş

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Kişi Magazine  xəbər verir ki, bu gün Yunan-Roma güləşində Azərbaycanı 66 kq çəkidə təmsil edən Rəsul Çunayev mötəbər turnirdə debüt edib.

O, bürünc uğrunda Cənubi koreyalı Hansu Ryu ilə güləşib. Rəqibinə 8:0 hesabı ilə qalib gələn Rəsul bürünc medal qazanıb.