Paylaş

“Hazırda retro avtomobillərə həvəs çoxdu. Hətta elə bir həvəs yaranıb ki,  həmin retro avtomobili zavodda olduğu vəziyyətə gətirmək üçün 25000 30000 hətta 50000 min manatından keçənlər də var”.

Bunu Kishi.az-a müsahibəsində retro avtomobillərdən danışarkən kimyəvi təmizləmə ustası Qoşqar Həsənov deyib. O əlavə edib ki, bu, əslində insanda çox gözəl  xoş hiss yaradır:

“Retro avtomabillər bü gün yeni nəsil avtomobillərin arasında özünəməxsus görsənir. Bu avtomobillərin salonlarındakı detallar çox dəyərlidir. Həmin o detalları qorumaq üçün xüsusi ləvazimatlar var. Yəni burada artıq  kimyəvi təmizləmə işi görərkən yeni nəsil üçün istifadə olunan kimyəvi məhsuldan istifadə etmək olmaz.

Avtomobil yığılıb zavoddan çıxmış vəziyyətə gətirildiyində onu təmizliyini qorumaq üçün mütəmadi qulluq etmək lazımdır. Çalışın retro avtomobillərin tavanlarına, bir çox detallarına su məhsullu kimyəvi dərmandan istifadə etməyin, çünki orada artıq zavod vurduğu yapışqan yox, hər hansısa ustanın vurduğu yapışqan var. Onun suya nə dərəcədə davamlı olduğu bilinmir. Bu mövzuda incəliklər çoxdur, ona görə də  çalışın peşəkarlara müraciət edin”.