Paylaş

“Revmatizma özü toxuma və oynaq xəstəliyidir.  Revmatizmanın iltihabsız və iltihablı formaları var”.

Bu sözləri Kishi.az-a  revmatizma ı ilə bağlı müsahibəsində  terapevt Nahid Məhərrəmov deyib:

“İltihabsız revmatizmada oynaqda deformasiya və incəlmə meydana gəlir. Sümük çıxıntısı baş verə bilər. İltihablı revmatizma mikrob törədir. Daha ağır forması ürək qapaqlarında ürək mənşəli problemlərə gətirib çıxarır. Ona görə də revmatizmaya adi  xəstəlik kimi baxmaq olmaz. Çox ciddi bir patologiyadır. Əgər bir insanda oynaq xəstəlikləri – dirsək, çanaq oynaqlarında, onurğa sütünlarında, bəzən fəqərələrdə ağrılar varsa, revmatizma yaranır. Bu zaman beyin qan dövranı pozula, insanın hərəkət məhdudiyyəti arta , əllər və ayaqlarda şişkinlik, iltihab yarana bilər.

Revmatizmanın elə bir forması var ki, kəskinləşdiyi təqdirdə insan ayağa qalxa bilməz. Ona görə də istənilən halda soyuqdan, istidən qorunmaq lazımdır. Revmatizmanın formalarından asılı olaraq müalicəsi var. Ən yaxşı halda pasientlərə müraciətimiz odur ki, aktivliyi artırsınlar. Əgər oynaqlarda aktivlik yaranırsa, o zaman revmatizmaya uyğunlaşma halları da azalır”.