Paylaş

Ötən gün Premyer Liqanın 27-ci turu çərçivəsində “Rəvan”a qarşı keçirilən oyunda uzun müddət zədədən sonra meydana çıxan “Qarabağ”ın hücumçusu Reynaldo dönüşünü qolla qeyd edib.

“Sambaçı” qarşılaşmadan sonra “Facebook” hesabı vasitəsilə qol sevincini paylaşıb və hər kəsə təşəkkür edib: “Mənim üçün xüsusi gün və oyun idi. Uzun müddət sonra mən meydana döndüm. Dönüşümün hədiyyəsi isə vurduğum qol idi. Mənim üçün dua edən və dəstəkləyən hər kəsə təşəkkür edirəm. Mən sevincimi sizinlə bölüşmək istədim. “Qarabağ” azarkeşlərini və komandanı çox sevirəm”.