Paylaş

Müğənni Rihanna manyak təqibçi tərəfindən izlənilir.

Kishi.az Axsam.az-a istinadən məlumat verir ki, təqibçi sosial şəbəkədə Rihannanı hədələyir və silahla foto çəkdirərək paylaşır. Polis artıq naməlum kişinin axtarışına başlayıb.

Belə ki, həmin şəxs bir müddət əvvəl Tvitterdə hesab açaraq “Rihanna üçün” başlıqları ilə müğənninin evinin qabağından əlində silahla çəkdirdiyi fotoları paylaşaraq yazıb:

“Bir an öncə Rihannanı öldürsəydim, rahat olardım”.

Daha sonra o, həmin fotonu silib. İnstaqram və Tvitterdə “Alex Mercer” və “Ralph Alexander” adları ilə qeydiyyatdan keçən bu şəxs bir müddət əvvəl Rihannanın keçmiş sevgiliso Kris Braunu və repçi Cey Zini də təhdid etmişdi. Lakin polis izinə düşdüyü üçün hesablarını bağlamalı olmuşdu.

Xatırladaq ki, bu Rihannanın başına gələn ilk belə hadisə deyil. Daha öncə 2013-cü ildə müğənni narahat edən manyak həbs edilib. Bir il sonra isə 53 yaşlı evsiz Rihannanın evinə girmək istəyərkən tutulub.