Paylaş

“Real Madrid” futbol klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo Monte-Karloda 140 milyon avroya otel alıb.

Kishi.az-ın axşam.az-a istinadən məlumatına görə, futbolçu Portuqaliya, Madrid və Nyu-Yorkda otellər şəbəkəsi açmaq fikrindədir. O, bundan əlavə milyarder Donald Tramp və Alessandro Protonun rəhbərlik etdiyi şirkətdən 58 mərtəbəli binanı da 16 milyon avroya əldə edib.

Qeyd edək ki, “Forbes” jurnalının açıqlamalarına görə, Ronaldo hazırda dünyanın ən çox qazanan futbolçusudur.