Paylaş

Bədən quruluşu ilə seçilməyi bacaran məşhurlardan biri də futbolçu Kriştiano Ronaldodur. Futbolçunun sözlərinə görə, onun formada qalmasının əsas səbəblərindən biri futboldan əlavə, həm də əzələ məşqləri ilə məşğul olmasıdır. Bundan əlavə Ronaldonun sözlərinə görə, əgər bir kişi xarici görünüşü, bədən quruluşu ilə fərqlənmək istəyirsə, o gündəlik qidalanmasına ciddi fikir verməlidir. Bu dəfəki məqalədə sizə Ronaldonun günlük qidalanma proqramını təqdim edirik.

Səhər yeməyi:
Taxıllı qarğıdalı
Gerkules
Meyvə
Çörək
Təzə meyvə suyu və çay

Bir müddət keçdikdən sonra..
Yoqurt
Meyvə
Quru meyvə
Bal
Çay

Günorta
Tərəvəz şorbası
Qarışıq salat
Protein üçün qızartma
Toyuqlu makaron

Axşam yeməyi
Taxıllı və tərəvəzli balıq
Proqramda göstərilən ərzaqlarla qidalanan zaman bədən fəaliyyətə başlayır. Günorta axşam yeməklərində qəbul edəcəkləriniz sizin əzələlərinizin qidalanmasına səbəb olacaq. Sevdiyiniz tərəvəzləri yemək isə pəhrizi rahat şəkildə saxlamağa kömək edəcəkdir.
Lakin, unutmayın ki, ideal bədən quruluşu üçün yalnız bu qidaları qəbul etmək kifayət deyil, bunun üçün siz həm də davamlı şəkildə idmanla məşğul olmalısınız.