Paylaş

“Real”ın hücumçusu Kriştiano Ronaldo klubu ilə müqavilənin müddətini uzatmaq istəyir.

Bu barədə portuqaliyalı futbolçunun özü məlumat verib.

“Klub prezidenti ilə telefonla danışmışam. İstirahətdən qayıtdıqdan sonra yeni müqavilə ilə bağlı müzakirələr aparacağıq. Təbii ki, bunu həm mən, həm də klub istəyir. Bir müddətdən sonra biz artıq yeni müqavilə ilə bağlı daha dəqiq şeylər danışacağıq”.

Qeyd edək ki, Ronaldonun “Real”la mövcud müqaviləsi 2018-ci ildə başa çatacaq.

Qol.az